Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri açılır

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC artan sərnişin tələbatını
qarşılamaq üçün 4 və 5 oktyabr tarixlərində Bakı–Ağstafa-Bakı
marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən Trend-ə verilən məlumata görə, eyni zamanda, 29
sentyabrdan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı
istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı
marşrutu ilə səfər etmək mümkün olacaq.




“Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından,
ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə
bilərsiniz”, – deyə məlumatda qeyd edilib.