
Strateji coğrafi mövqeyi nəzərə alaraq, bu gün Azərbaycan türk dünyasında əsas rol oynayır və regionda ticarətin, nəqliyyat əlaqələrinin inkişafında mühüm həlqə kimi çıxış edir.
“Report”un məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman Bakıda keçirilən “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan TDT-nin güclü regional aktora çevrilməsində və inkişafında mühüm rol oynayır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


