
Neftçalada motosiklet sürücüsü daş lövhəyə çırpılıb.
“Report” xəbər verir ki, 1979-cu il təvəllüdlü Fərəcov Ərziman Məmmədtağı oğlu sürücülük hüququ olmadan idarə etdiyi “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Aşağı Surra kəndi ərazisində idarəetməni itirərək yolun kənarında olan daş lövhə ilə çırpılıb.
Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb istintaq aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

