
Bakı. Trend:
Avropanın aparıcı klublarının skautları – “Arsenal”,
“Tottenhem”, “Nyukasl”, “Milan”, “Leyptsiq” və Dortmund
“Borussiya”sı La Liqa oyunlarını izləyərək Madrid “Real”ının
yarımmüdafiəçisi Arda Gülərin oyununu qiymətləndiriblər.
Trend xəbər verir ki, “kral
klubu” 20 yaşlı futbolçunu satmaq niyyətində deyil.
“Real” rəhbərliyi Gülərin inkişafından razıdır və onu
uzunmüddətli layihə kimi görür. Klub hesab edir ki, gələcəkdə o,
komandanın əsas fiqurlarından birinə çevrilə bilər. Buna görə də
oyunçuya transfer qiyməti müəyyən olunmayıb.


