ABŞ “Tomahawk” qanadlı raketlərinin Kiyevə tədarükünü müzakirə edir

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası sonradan Kiyevə təhvil verilməsi
məqsədilə NATO-nun digər ölkələrinə “Tomahawk” qanadlı raketlərinin
tədarükü imkanlarını müzakirə edir; yekun qərarı ABŞ Prezidenti
Donald Tramp verəcək.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin vitse-prezidenti J.D.Vens “Fox News”a
müsahibəsində bildirib.




Vens qeyd edib: “Siz Tomahawk haqqında soruşursunuz. Bununla
bağlı yekun qərarı prezident verəcək. Prezident ABŞ-ın maraqlarına
uyğun olanı edəcək. Bu, onun xarici siyasət və müdafiə qərarlarının
arxasında duran qüvvədir. Və biz ‘Tomahawk’ haqqında bu suala cavab
vermək üçün eyni məntiqi tətbiq edəcəyik.”

Vensə dəstəklə bağlı sual verildikdə o əlavə edib ki, hazırda
prezidentin göstərişinə əsasən məsələ nəzərdən keçirilir və Avropa
tərəflərinin bəzi istəkləri də qiymətləndirilir. ABŞ-nin Ukraynaya
silah satışı ilə bağlı Vens vurğulayıb: “İndi avropalılar ABŞ-dan
silah alırlar, nəinki biz onları başqasına veririk.