Bakı. Trend:
ABŞ-nin Missuri ştatında anonim Powerball oyunçusu 410 milyon
dollarlıq cekpotun qalibi olub.
Bu barədə Trend
“Bild”ə istinadən xəbər verir.
Qalib açıqlamasında həyat tərzində hələ heç bir dəyişikliyin baş
vermədiyini bildirib: “Mən daha çox ev adamıyam. Mənim ideal günüm
evdə oturmaq və indi etdiyim işi görməkdir – dincəlmək. Mən
milyonçuyam, multimilyonerəm, amma dünən gecə paltarlarımı
yuyurdum”, – deyə o qeyd edib.
Lotereya qalibi ilk növbədə “bir ilini özünə həsr etmək”
istədiyini desə də, bu planın reallaşacağına şübhə ilə yanaşır:
“Arvadım məni şəhərdən çıxaracaq”, – deyə zarafatla əlavə edib.
410 milyon dollar Missuri tarixində ən böyük lotereya uduşu
hesab olunur. Qalib uduşlu bileti sentyabrın 6-da Sent-Luis
şəhərindəki “QuickTrip” restoranından alıb.
Xatırladaq ki, ötən il xərçəng xəstəsi olan laoslu mühacir
ABŞ-də “Powerball” lotereyasında 1,3 milyard dollar qazanmışdı.

