Digər
- 28 sentyabr, 2025
- 17:31

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.
“Report”un məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
“2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb”, – nazirliyin açıqlamasında bildirilir.
Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


