Bakı. Trend:
Macarıstanın Debretsen şəhərində keçirilən Şinkyokuşinkay üzrə
Avropa çempionatında Azərbaycan yığma komandası uğurlu nəticələr
əldə edib.
Trend xəbər verir
ki, yarışda ölkəmizi Azərbaycan Karate Federasiyasının kontakt
üslubları üzrə vitse-prezidenti Allahverdin Rüstəmovun rəhbərliyi
altında milli komandamız təmsil edib.
Çempionatda idmançılarımızdan Zeynallı Solmaz (59 kq) və Həsənov
Səlahət (80 kq) bürünc medal qazanıblar. Əhmədov Balaəmi isə 60 kq
çəki dərəcəsində finala yüksələrək gümüş medalla kifayətlənib.
Bununla yanaşı, beynəlxalq yarışda ölkəmizi hakim qismində
Allahverdi Rüstəmov və Samir Fərzəliyev də təmsil ediblər.
Azərbaycan yığma komandası əldə olunan bu nailiyyətləri Anım
Günündə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin
əziz xatirəsinə həsr edib.

