ABŞ-nin Arizona ştatında sel və daşqın nəticəsində 4 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Arizona ştatında güclü yağışların səbəb olduğu sel və
daşqın nəticəsində azı 4 nəfər ölüb.

Trend-in “CBS
News”-a istinadən verdiyi məlumata görə, 3 nəfər Qlob şəhərində
selin qurbanı olub.




Daha 1 nəfərin cəsədi Finiksin ətrafında suya düşən avtomobilin
yaxınlığında tapılıb.

Daşqın zamanı yüzlərlə propan balonunun su altında qalması
təhlükəli vəziyyət yaradıb.