Çin Yer kürəsinin aşağı orbitinə bir neçə peyk göndərib

Baş səhifə

Bakı. Trend:

Çin eyni daşıyıcı raket vasitəsilə Yer kürəsinin aşağı orbitinə
bir neçə peyk göndərib.

Trend-in
məlumatına görə, peykləri orbitə daşıyan “Long March-6” raketi
Şensi əyalətində yerləşən Tayyuan kosmodromundan buraxılıb.




Raket peykləri nəzərdə tutulan orbitə uğurla çatdırıb.

Bu buraxılış “Long March” seriyası üzrə 597-ci dəfə həyata
keçirilib. Sözügedən peyklər internet əlaqəsini təmin edən 11-ci
peyk qrupunu təşkil edir.