Tramp şatdaunun qarşısını almaq üçün mümkün tədbirləri müzakirə edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp federal hökumətin işinin
dayandırılmasının – şatdaunun qarşısını almaq üçün tədbirləri
müzakirə etmək məqsədilə sentyabrın 29-da Konqresdə hər iki
partiyanın liderləri ilə görüşməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi
xəbər verib.




Məlumata əsasən, D.Tramp Nümayəndələr Palatasının spikeri Mayk
Consonu (Luiziana ştatına olan Respublikaçı), Senatın Respublikaçı
Lideri Con Tunu (Cənubi Dakota ştatından) və Nümayəndələr
Palatasında azlıq təşkil edən Demokrat Pariyasının liderləri Hakim
Ceffris və Çak Şumeri (hər ikisi Nyu-York ştatından) Ağ Evdə qəbul
edəcək.