ABŞ-də yaxtaların dayanacağı ərazisində atışma olub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Sautport şəhərində naməlum şəxs yaxtaların dayanacağı
ərazisində atəş açıb, hadisə nəticəsində yaralananlar var.

Trend-in məlumatına görə, bu barədə “WECT” televiziya kanalı
xəbər verib.




Məlumata əsasən, yerli hakimiyyət orqanları hadisə barədə yerli
vaxtla saat 22:00 radələrində məlumat verib.

Hələlik atəş açan şəxs saxlanılmayıb, hadisənin səbəbləri və
atəş açan şəxsin kimliyi ilə bağlı məlumat verilməyib.