Qərb sanksiyaların bərpasından sonra İranla dialoqa açıqdır – Fransa XİN

Baş səhifə

Bakı. Trend:

Tehran və “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa)
arasında danışıqların nəticəsiz qalmasından sonra İrana qarşı
sanksiyaların bərpa olunduğunu elan edən Qərb ölkələri İran tərəfi
ilə dialoqu davam etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Fransa xarici işlər naziri
Jan-Noel Barro deyib.




“Diplomatiyanın qapısı açıqdır, biz dialoqu davam etdirmək
istəyirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, sanksiyaların bərpası barədə qərar Tehranın
Qərb ölkələrinin “təklifindən yararlanmamasından” və “sanksiyaların
tətbiqi ilə bağlı bu qərarın təxirə salınmasına səbəb ola biləcək”
təminatları verməməsindən sonra qəbul edilib.