Bakı. Trend:
Bu gün yerli vaxtla 15:34-də Xəzər dənizinin sahilində – İranın
şimalında yerləşən Gülüstan vilayətində 4,6 bal gücündə zəlzələ baş
verib.
Trend xəbər
verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun
Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ vilayətin Gümüştəpə və Türkmən limanı
yaxınlığında qeydə alınıb. 10 km dərinlikdə baş verən zəlzələ
Mazandaran vilayətində də hiss olunub.
Zəlzələ baş verən rayona İranın Qırmızı Aypara Cəmiyyətinin
əməkdaşları cəlb olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

