Bakı. Trend:
“Əl-Nəsr”ın kapitanı Kriştiano Ronaldo öz qol rekordunu
yeniləməyə davam edir.
Trend xəbər verir ki, 40
yaşlı portuqaliyalı peşəkar karyerasında 946-cı qolunu Səudiyyə
Ərəbistanı Premyer Liqasının 4-cü turunda “Əl-İttihad”la oyunda
vurub.
Matçda hesabı 9-cu dəqiqədə Sadio Mane açıb. 35-ci Ronaldo
hesabdakı fərqi iki topa çatdırıb.
Bu günə kimi forvard klub səviyyəsində 805, Portuqaliya
millisində isə 141 qol vurub.

