
Bakı. Trend:
Sentyabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya
İnstitutunun (Institute for Development and Diplomacy – IDD)
təşkilatçılığı ilə keçirilən I Azərbaycan-Britaniya siyasi
dialoqunun ikinci günü davam edir.
Trend xəbər verir
ki, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin
tərəfdaşlığı ilə keçirilən tədbir dəyişən qlobal nizamda Azərbaycan
və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə və strateji
tərəfdaşlığa, Cənubi Qafqazda regional təhlükəsizliyə, əməkdaşlığa,
xarici siyasət prioritetlərinə, enerji sahəsində əməkdaşlığa,
təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiyaya həsr
olunub.
Dialoq regional və qlobal çağırışlarla bağlı qarşılıqlı
anlaşmaya və praktiki əməkdaşlığa töhfə verəcək.
Xəbər yenilənəcək


