
Masallıda avtomobilin vurduğu piyada bir həftə sonra ölüb.
“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Əzizov Xəyal Adil oğlu sentybarın 18-də saat 19 radələrində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Şıxlar kəndi ərazisindən keçən hissəsində piyada 1992-ci il təvəllüdlü Əhmədov Famil Faiq oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sentyabrın 25-də xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

