Monteneqro məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilir

Baş səhifə

Bakı. Trend:

Monteneqro hökuməti ölkədəki məktəblərin mühafizəçilər
tərəfindən qorunmasına dair qərar qəbul edib.

Trend xəbər verir
ki, qərarın məqsədi təhsil müəssisələrində fiziki zorakılığın və
digər xoşagəlməz halların qarşısını almaqdır.

Yeni qayda oktyabrın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Bu
müddətdə ölkə üzrə 68 ibtidai məktəb, 44 orta məktəb və bir tələbə
yataqxanasında fiziki təhlükəsizlik təmin ediləcək. Təhlükəsizlik
tədbirləri üçün Təhsil, Elm və İnnovasiya Nazirliyinin büdcəsindən
418,2 min avro ayrılıb.




Hökumət bildirir ki, şagirdlərin və müəllimlərin təhlükəsizliyi
prioritetdir və uşaqların bilik öyrənməsi üçün təhlükəsiz mühitin
yaradılmasına bundan sonra da xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, son illərdə Monteneqro təhsil müəssisələrində
çoxsaylı insidentlər, o cümlədən 100-dən çox məktəbdə bomba
təhlükəsi ilə bağlı xəbərdarlıqlar qeydə alınıb.