ABŞ rəsmisi: İranla danışıqlara hazırıq

Baş səhifə
Region

  • 25 sentyabr, 2025
  • 15:41
ABŞ rəsmisi: İranla danışıqlara hazırıq

ABŞ İranla danışıqlara hazırdır.

“Report” “Tasnima” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti rəsmi nüayəndəsinin müavini Minon Hyuston “Al Jazeera”ya müsahibəsində bildirib.

O deyib ki, ABŞ İranı danışıqlara qoşulmağa dəfələrlə çağırıb:

“Bu baxımdan bir çox imkanlar mövcuddur”.

Minon Hyustonun sözlərinə görə, rəsmi Vaşinqton Tehranın beynəlxalq müfəttişləri qəbul etməyə hazır olmasını istəyir.

Dövlət Departamentinin rəsmisi Avropa “üçlüyü”nün ( Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı sanksiyaya qayıdışı (snapback) işə salma mexanizmini aktivləşdirmək üçün atdığı addımlara işarə edərək vurğulayıb:

“Bu sanksiyalara baxmayaraq, biz hələ də danışıqlara hazırıq”.

ABŞ-nin Qərbi Asiya üzrə nümayəndəsi Stiv Vittaker isə ondan bir neçə saat əvvəl müsahibəsində bildirib:

“Biz iranlılarla danışıqlar aparmağa hazırıq, niyə də olmasın?!”

Mütəxəssis İranın çətin vəziyyətdə olduğunu bildirərək qeyd edib ki, Tehanla danışıqlar daha çox uranın zənginləşdirməsinin yoxlanılması və nüvə silahının olmamasının yoxlanılmasına yönələcək.