Medvedev Zelenskiyə cavab verib

Baş səhifə

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskiyə cavab verib.

APA-nın Moskva bürosu xəbər verir ki, Medvedev Rusiyanın Ukraynaya qarşı bomba sığınacağının qoruya bilməyəcəyi silahlardan istifadə edə biləcəyi ilə hədələyib.

“Amerikalılar bunu yadda saxlamalıdırlar”, – rusiyalı siyasətçi vurğulayıb.

Qeyd edək ki, Zelenski ABŞ-da müsahibəsində rusiyalılara xitabən “Onlar müharibəni dayandırmalı və ya bomba sığınacaqları axtarmalıdırlar” deyə bildirib.