Ceyhun Bayramov Nyu-Yorkda ABŞ dövlət katibinin ev sahibliyi ilə Transatlantik şam yeməyində iştirak edib

Baş səhifə
Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi ilə Transatlantik şam yeməyində iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibinin ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında paylaşım edib.

“Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi və regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir”, – XİN-in paylaşımında qeyd olunub.