Venesuelada 6,2 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Venesuelanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.




Məlumata əsaəsn, zəlzələnin episentri Valera şəhərindən 68 km
şimal-qərbdə olub. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.