Fərdi
- 24 sentyabr, 2025
- 18:31

Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin qısa proqramı keçirilib.
“Report” xəbər verir ki, qısa proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.
Nəticələrinə əsasən cənubi koreyalı idmançı Minkyu Seo 82.67 xalla 1-ci, ABŞ-li fiqurlu konkisürən Patrik Blekvell 75.86 xalla 2-ci, Belçika təmsilçisi Denis Kruqlov isə 73.75 xalla 3-cü yerə sahib olublar.
Qeyd edək ki, Qran-pri sentyabrın 26-da başa çatacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


