İmadəddin Nəsiminin qohumları Şamaxıda (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının
iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin
nümayəndələri də var.

Trend xəbər
verir ki, bu gün şairin qohumları Şamaxıda Şahxəndan türbəsində
olublar. İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu
türbə – Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında
memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.




Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə “Nəsimi ili”
çərçivəsində Şahxəndan qəbiristanlığında olan türbənin ətrafında
geniş abadlaşdırma işləri aparılıb.