
Avropa və ABŞ sülhün təmin edilməsi istiqamətində qlobal səyləri davam etdirməlidir.
“Report” xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola “X” hesabında yazıb.
O, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə söhbət etdiyini bildirib.
“BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində dövlət katibi Rubio ilə tanış olmaqdan məmnunam. Avropa və ABŞ tərəfdaş kimi sülhün təmin edilməsi istiqamətində qlobal səylərə rəhbərlik etməyə davam etməlidir”, – sədr qeyd edib.
Good to meet @SecRubio at #UNGA80 🇪🇺🇺🇸
As partners, Europe and the United States must continue to lead global efforts to secure peace. pic.twitter.com/B1Lyl6LxPQ
— Roberta Metsola (@EP_President) September 24, 2025
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


