
Rusiya Federasiya Şurası İqor Krasnovu Rusiya Federasiyası Ali Məhkəməsinin sədri təyin edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.
Qeyd edək ki, İqor Krasnov 2020-ci ildən Rusiyanın Baş prokuroru vəzifəsində çalışıb. Onu bu vəzifədə prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan əvəz edəcək. Federasiya Şurası onun təyinatına daha sonra baxacaq.


