Peskov: Putin-Zelenski hazırlıqsız görüşü uğursuz piardır

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında hazırlıqsız görüş uğursuzluğa məhkum edilmiş piardır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov RBK radiosunda deyib.

O bildirib ki, Putin Zelenski ilə görüşməyə hazırdır, lakin hazırlıqsız bu, “uğursuzluğa məhkum edilmiş piar” olar.

Kreml rəsmisi Putin və Tramp arasında telefon danışığının hələ planlaşdırılmadığını, lakin tezliklə razılaşdırıla bilinəcəyini söyləyib.