
Bakı. Trend:
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov
küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal
hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından
Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri
cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda yanğının
söndürülməsi işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən
bina sakinlərinin təxliyəsi aparılıb.
Əlavə məlumat veriləcək.
XXX
08:21
“112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov
küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat
daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, nazirliyin Dövlət
Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin
qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər
görülür.

