Azərbaycan–İsveçrə əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə
Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə
görüş keçirib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media
hesabında paylaşım edilib.

“Nazirlər görüşdə Azərbaycan–İsveçrə əməkdaşlığının mövcud
vəziyyətini və perspektivlərini nəzərdən keçirərək siyasi dialoqun
gücləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin
genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Onlar
həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər
ətrafında fikir mübadiləsi apararaq davamlı dialoq və tərəfdaşlığa
sadiqliklərini bir daha təsdiqləyiblər”, – XİN-in paylaşımında
bildirilib.