
Bakı. Trend:
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibuti
Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
Əbdülqadir Hüseyn Ömərlə görüşüb.
Trend xəbər verir ki, bu
barədə Ceyhun Bayramov “X” sosial media hesabında paylaşım
edib.
“Biz siyasi, iqtisadi, ticarət, humanitar və təhsil sahələrində
ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini,
həmçinin çoxtərəfli platformalarda tərəfdaşlığı müzakirə etdik.
Görüşdə 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı
sammiti və Azərbaycanın sədrliyinin bu əməkdaşlığı gücləndirmək
üçün yeni imkanlar yaratdığı qeyd olunub. Görüş zamanı “Azərbaycan
Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında
diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad
edilməsi haqqında Saziş” imzalanıb”, – nazir paylaşımda
bildirib.

