Nikol Paşinyan: “Uşaqların çoxu bilmir, Ararat Ermənistanda deyil”

Baş səhifə
Nikol Paşinyan Ağrı dağı haqqında danışıb

Şəklin mənbəyi, Nikol Paşinyan/Facebook

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsindəki uşaqların Ağrı dağının Ermənistanda olmamasını bilmədiyindən təəccüblənib.

“Mən ocağın yanına getdim, uşaqlarla danışdım, soruşdum uşaqlardan – Ermənistanın ən yüksək dağı hansıdır? Dedilər ki, Araratdır. Uşaqların 70 faizi Ararat dedi, amma uşaqlar bilmirlər ki, Ararat Ermənistan ərazisində deyil”, – Nikol Paşinyan deyib.

Paylaşımını ötürün YouTube

Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədə Ağrı, Ermənistanda Ararat adlanan dağ haqqında jurnalistlərə danışıb.

Sentyabrın 20-də “Vətəndaş Müqaviləsi” Partiyasının 7-ci qurultayından sonra Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsində böyüklər arasında da Ağrı dağının Türkiyə ərazisində yerləşməməsi kimi yanlış təsəvvür geniş yayılıb.

Ötən həftə Ermənistan Ağrı dağının təsvirinin Ermənistanın pasport ştamplarından götürüləcəyi barədə qərar verib.

Bunu Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan deyib.

Türkiyədə yerləşən bu dağ Ermənistanda əsas milli simvol hesab olunur və Ermənistanın gerbində də onun təsviri var.

Türkiyə tərəfində əksər hallarda bu təsvir Ermənistanın Türkiyəyə ərazi iddiası kimi qəbul edilir.