Polşa Belarus ilə sərhədi açmaq qərarına gəlib

Baş səhifə
Polşa Belarus ilə sərhədi açmaq qərarına gəlib

Polşa Belarus ilə sərhədi açmaq qərarına gəlib, müvafiq sənəd bu gün imzalanacaq.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

Polşa sentyabrın 12-si gecə saatlarında sərhədi bağlayıb və bunun Rusiya-Belarus “Qərb-2025” hərbi təlimlərinin başlanması ilə əlaqədar olduğunu bildirib.

Həmin təlimlər sentyabrın 16-da başa çatıb.