Müdir vəzifəsinə işə qəbul ilə bağlı məlumat şəxsi səhifələrə göndərilib

Baş səhifə

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.