Region
- 23 sentyabr, 2025
- 14:43
ABŞ avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərin həyata keçirilməsinə başlayıb.
“Report” Emənristan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Emənristandakı səfiri Kristina Kuinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiya və regional təhlükəsizliyin gücləndirilməsi” mövzusunda müzakirə zamanı bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidirlər.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

