Vüqar Qurbanov
Gələn ilin mart ayında bir çox xarici ölkələrin nümayəndələri tibbi turizm sahəsi ilə tanış olmaq üçün Azərbaycana gələcək.
“Report”un məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində çıxışı zamanı deyib.
V.Qurbanov əlavə edib ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək hər zaman qarşıda duran məqsədlərdən olub:
“Ölkədə vətəndaşlar üçün tez-tez yeni tibbi xidmətlər istifadəyə verilir. Əsas hədəf dünyada olunan yeniliklərin ölkənin səhiyyə sisteminə inteqrasiyasını təmin etməkdir. Bu gün nəinki Azərbaycanda, eləcə də dünyada səhiyyə sistemində əsas problemlərdən biri kadr çatışmazlığıdır. Biz də ölkədə bu problemin qarşısını almaq üçün tədbirlər görürük”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

