
Gələn il ilin aprel ayına qədər “Coursera” platforması vasitəsilə 70 000 nəfərin əhatə olunması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun(AIIF 2025) 2-cü günündə bildirib.
Onun sözlərinə görə, son 4 ayda 30 000-dən çox Azərbaycan vətəndaşı qısa müddətdə təxminən 63 000 sertifikat əldə edib: “Bu təşəbbüs bacarıq boşluqlarını qısa zamanda aradan qaldırmaq məqsədini daşıyır. Ümumiyyətlə, təşəbbüslər 4SİM-in strateji proqramlarının yalnız bir hissəsini təşkil edir. Rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində isə 50-dən çox təşəbbüsün həyata keçirilməsi planlaşdırılır, bu isə həm ÜDM-ə töhfə, həm şirkətlərin böyüməsi, həm də ölkəyə beynəlxalq sərmayə və istedad cəlbi baxımından əlavə dəyər yaradacaq”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


