Biznes
- 23 sentyabr, 2025
- 12:31

Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Monteneqronun turizm naziri Simonida Kordiç ilə faydalı görüş keçirilib.
O qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb: “Forum bu baxımdan yeni imkanlar yaratmaq üçün əhəmiyyətli platformadır”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


