
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ/ARDNF) səhm portfeli son
iki ildə böyüyərək, 17 milyard ABŞ dollarını ötüb.
Trend xəbər verir
ki, bu barədə Azərbaycanın tanınmış iqtisadçı-eksperti İnqilab
Əhmədov öz sosial şəbəkə səhifəsində paylaşım edib.
“Hazırda səhmlər Fondun ümumi investisiya portfelinin 25,7%-ni
təşkil edərək istiqrazlardan (38,9%) və qızıldan (28,8%) sonra
üçüncü yeri tutur. ARDNF-nin səhm portfeli son 2 ildə kəskin
şəkildə artaraq 17 milyard dolları ötüb. Ötən il Fondun 6%-lik
gəlirinin əsas hissəsini səhmlər təşkil edib. 2012-ci ildən bəri
səhm yatırımları üzrə kumulyativ gəlir 211,3% təşkil edir”, -deyə o
yazır.
İqtisadçının yazdığına əsasən, səhmlər, xüsusən də dotcom
səhmləri ən riskli investisiyalardır və hazırkı qeyri-sabit qlobal
investisiya mühitində bu investisiyaların ildən-ilə artırılması
Fondun rəhbərliyindən bilik və bacarıq, eləcə də böyük cəsarət
tələb edir.
“Səhm bazarına sərmayə qoyan ən böyük Suveren Rifah Fondu 2
trilyon dollar aktivi olan Norveç Pensiya Fondudur. Fondun
aktivlərinin 70,6 faizini səhmlər təşkil edir. Norveç Fondunun
investisiyaların idarə olunmasından əldə etdiyi gəlir onun neft-qaz
sektorundan daxilolmalarını 2 dəfə üstələyir.”,-deyə o
bildirib.
Onun sözlərinə görə, son illərin nəticələri göstərir ki,
SOFAZ-ın səhmlər portfelində müşahidə olunan artım dinamikası
Fondun bu istiqamətdə oxşar uğurlar əldə etmək niyyətini ortaya
qoyur.
“Qrafikdən də göründüyü kimi, Fond getdikcə sabit gəlirli
istiqrazların payını azaldaraq fond bazarına üstünlük verir və bu
alətin portfeldəki çəkisini ildən-ilə artırır”, – deyə o əlavə
edib.
“Qrafikdən də göründüyü kimi, Fond səhm bazarını prioritet seçib
və sabit gəlirli istiqrazların payını azaltmaqla bu alətin xüsusi
çəkisini ildən-ilə artırır.”,-deyə o əlavə edib.


