Şuşaya girən ilk erməni tankının komandiri öldü

Baş səhifə

Şuşanın işğalı zamanı şəhərə ilk daxil olan erməni tankının komandiri, polkovnik Qaqik Avşaryan ölüb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.

Polkovnik Qaqik Avşaryan 1-ci dərəcəli “Döyüş Xaç ordeni” sahibi idi.

Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilmişdi. O zaman tankın ekipaj üzvlərindən iksi – Aşot Avanesyan və Şahen Sarkisyan ölmüş, polkovnik Qaqik Avşaryan isə sağ qalmışdı.

Sonradan ermənilər Şuşanı işğal edəndə həmin tankı “simvol” olaraq şəhərin girişində yerləşdirmişdilər. Vurulmuş tank uzun illər – işğal dövründə Şuşanın girişində qaldı

2020-ci ildə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra Qaqik Avşaryanın tankı həmin yerdən götürüldü.