Türkiyənin milli təhsil naziri işğaldan azad edilmiş ərazilərdə olub

Baş səhifə

Bakı. Trend:

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin
rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində elm
və təhsil naziri Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş
ərazilərdə olub.
Nümayəndə heyəti səfər çərçivəsində Şuşa şəhər 1 nömrəli, Füzuli
şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli və Ağdam şəhər 1 nömrəli tam
orta məktəblərini ziyarət edərək bu təhsil ocaqlarında yaradılmış
müasir tədris mühiti ilə yaxından tanış olub.
Yusuf Tekin Qarabağın sürətli bərpa və yenidənqurma prosesinin bir
hissəsi kimi müasir təhsil infrastrukturunun qısa müddətdə
təkmilləşdirilməsini yüksək qiymətləndirib. O, Şuşa, Füzuli və
Ağdam məktəblərində şagirdlər üçün yaradılmış müasir şəraitin
Azərbaycanın gələcək nəsillərinin yüksək bilik və bacarıqlara
yiyələnməsinə xidmət etdiyini xüsusilə vurğulayıb.




Xəbər yenilənəcək