- 23 sentyabr, 2025
- 10:27
Azərbaycanda sabitlik olmasaydı, nə “Qarabağ”, nə də Qurban Qurbanov olacaqdı.
“Report”un məlumatına görə, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov sentyabrın 23-də Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində deyib.
Onun sözlərinə görə, bu gün Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, məsuliyyət daha da artır:
“Həmişə azərbaycanlı olaraq düşünmüşəm ki, biz ölkəmizi tanıdırıq və bu mənim borcumdur. Vətən müharibəsində biz torpaqlarımızın azad olunması üçün şəhidlər verdik. Bizim etdiyimiz isə xırda bir uğurdur. Bunu da öz futbolçularıma həmişə bildirirəm
Azərbaycanın tanınması üçün stabillik lazımdır, həmçinin futbolda. Gələcəkdə daha da yaxşı uğurlar qazanmaq üçün çalışırıq”.
Qurbanov həmçinin əlavə edib ki, futbol investisiya qoyulması üçün əlverişli sahədir.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

