Bakı. Trend:
Litva hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün
əlavə 0,5 milyard avro ayrılmasını zəruri hesab edir.
Trend xəbər verir
ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyinin rəhbəri
Dovile Şakalene bildirib.
“Biz hava hücumundan müdafiə vasitələrinə olan ehtiyacı nəzərdən
keçirdik və Dövlət Müdafiə Şurasının növbəti iclasında müəyyən hava
hücumundan müdafiə vasitələrinin əldə edilməsi üçün əlavə 0,5
milyard avro ayrılmasını müzakirə edəcəyik”, – o qeyd edib.

