Yer Gűnű ilə əlaqədər “Tullantıları hədiyyələrə dəyiş” adlı tədbir keçirildi.

Baş səhifə

 

*♻️ Yer Günü ilə əlaqədar “Tullantıları hədiyyələrə dəyiş” tədbiri keçirildi

Bu gün ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 19 aprel 2025-ci il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirili

Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə etdilər

Müxtəlif master-klasların da yer alacağı tədbir zamanı tullantıları gətirərək təbiətə töhfə verən, eyni zamanda müxtəlif hədiyyələr qazanan sakinlərin xoş auralarına resmixəbər.az olaraq şahidlik etdik.

Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədi ilə mütəmadi olaraq müxtəlif ərazilərdə keçirildi.

Qeyd edək ki, ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə hər il aprelin 22-də Yer Günü qeyd olunur.Ərtaf mühiti qorumaq saglamlıgımız üçün vacibdir.

📍 Xətai rayonu, “Gənclik” parkı (“Park House” restoranın yanı)

🗓️ 19 aprel 2025-ci il

⏰ 13:00-15:00

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir