Bu şəxslər 7 -ci dəfə deputat oldu

AKTUAL Baş səhifə

Artıq “Oracle Advisory Group” (ABŞ) 2024-cü ilin 1 sentyabr tarixində keçirilən Milli Məclisə seçkilərin “exit poll” nəticələrini açıqlayıb.

Doğrudur bu, rəsmi və yekun rəqəmlər deyil. Ancaq əksər hallarda yekun rəqəmlər də elə “Exit-poll”un göstəriciləri ilə yaxın olur.

Resmixeber.az ,Musavat.com-a istinadən  xəbər verir ki, siyahıda 7-ci çağırışda 7-ci dəfə deputat olan 4 nəfər var. Onlar Əsgərov Ziyafət Abbas oğlu, İbrahimov Eldar Rza oğlu, İsmayılov İmamverdi İbiş oğlu və Zabelin Mixail Yuryeviçdir.

Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyasının namizədir. 1 saylı Şərur – Sədərək seçki dairəsindən namizədliyi irəli sürülüb.

Eldar İbrahimovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən irəli sürülüb. Seçilərsə ən yaşlı deputatlardan biri olacaq.

İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının namizədidir və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilir. Əsas rəqibi ötən həftə yol qəzasında dünyasını dəyişən professor Nəsiman Yaqublu idi… İmamverdi İsmayılov rəsmi olmayan nəticələrə görə, 53.8% səs toplayıb.

Mixail Zabelin 34 saylı Xətai İkinci dairədən deputat seçilir. Onun da rəsmi olmayan topladığı səs faizi 67.5 faizdir.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir