Alov Qüllələri” arasındakı kəndirdə gəzən şəxs kimdir?

Cəmiyyət

Bakıda səhər saatlarında “Alov Qüllələri” binaları arasında çəkilən ip üstündə gəzən ekvilibrist (kəndirbaz) sakinlərin diqqətini çəkib.
Resmixeber .az ,Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

Məsələnin nə olduğunu bilməyən sosial şəbəkə istifadəçiləri arasında panika yaranıb

Məsələni araşdırmaq üçün “Alov Qüllələri” ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq enerji içkisi şirkətlərindən birinin Azərbaycan və Bakının qlobal tanıtımı üçün Dövlət Turizm Agentliyinin dəstəyi ilə reklam çarxı çəkdiyini bildirdi. Onun sözlərinə görə, “ip üzərində akrobatika” səhnəsi videoçarxın bir hissəsi olacaq.

Məsələ ilə bağlı həm də Dövlət Turizm Agentliyi ilə əlaqə saxladıq.

Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq ekvilibristika səhnəsinin videoçarx üçün çəkildiyi təsdiqləndi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir