TƏCİLİ: Putinin Bakı səfərində diqqətçəkən detal – FOTO

Gündəm

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəqiqə öncə Bakıya gəlib. Onun təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Resmixeber.az Globalinfo.az-A istinadən  xəbər verir ki, Rusiya prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bir sıra rəsmi şəxslər qarşılayıblar.

V.Putinin Bakı səfərində diqqətçəkən detal var. Belə ki, onun zirehli xidməti avtomobili trapın yaxınlığında sahibini gözləyib. Həmçinin Rusiya prezidentinin xidməti maşınını müşayiət edən kortejdəki avtomobillər də onun mühafizəsində iştirak edirdilər.

Görünür, təhlükəsizliklə bağlı avtomobil karvanı, xidməti maşın daxil olmaqla, xüsusi reyslə Bakıya gətirilib.

Xatırladaq ki, bu cür təcrübələrə ayrı-ayrı böyük ölkələrin prezidentlərinin dövlət səfərlərində vaxtaşırı rast gəlinir. Əsasən ABŞ prezidentinin, bəzi hallarda Türkiyə dövlət başçısının xarici səfərlərində onların zirehli xidməti maşınları həmin ölkəyə aparılır.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir