Paytaxtı bəzəyən bu gül zəhərlidir? – Video

AKTUAL

Son günlər bəzi insanlar Bakının yaşıllaşmasında geniş istifadə edilən və “söyüd gülü” kimi tanınan “oleandr”ın zəhərli olduğunu bildiriblər.

“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin gülün yarpaqları söyüd ağacına bənzəyir. İstiyə, soyuğa, susuzluğa dözümlüdür. Elə bu xüsusiyyətlərinə görə də yaşıllaşdırmada geniş istifadə olunur.

Bioloq Həsən Babayev deyir ki, bu güllər Bakıya məqsədli şəkildə gətirilib.

Alimin sözlərinə görə, dünyada, o cümlədən Azərbaycanda hələ bu güldən ölən olmayıb. O ki qaldı zəhərlənmə məsələsinə, Həsən Babayev bildirib ki, hər bir bitkinin tərkibində zərərli və zəhərli birləşmələr var. “Oleandr” da onlardan biridir.  Qeyd edək ki, dünyanın müxtəlif ölkələri yaşıllaşdırmada “oleandr” bitkisindən geniş istifadə edirlər.

Daha ətraflı videomaterialda:

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir