Bu hərəkətinə görə Olimpiya kəndindən qovuldu

İdman

Paraqvay Olimpiya Komitəsi üzgüçü Luana Alonsonu Parisdəki Olimpiya kəndindən qovub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “AS” məlumat yayıb.

Nəşrin məlumatına görə, buna səbəb idmançının kənddən kənarda gecələməsi olub. Nəticədə, Paraqvay tərəfi Alonsonun dərhal Olimpiya kəndini tərk etməsini tələb edib və üzgüçünün davranışını qeyri-münasib adlandırılıb.

Paraqvay mətbuatının məlumatına görə, Alonso komanda yoldaşlarına dəstək olmaq üçün Olimpiya kəndində qalmaq əvəzinə Parisdə gecələyib.

Qeyd edək ki, Paris Olimpiadasında Alonso 100 metr məsafəyə “batterflay” üsulu ilə üzmə yarışında iştirak edib.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir