Bakıda parkda uşağı “tok” vurdu

Hadisə

Bakıda parkda azyaşlı uşağı elektrik cərəyanı vurub.

“Resmixeber.az,” Ölkə.az” -a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.08.2024-cü il tarixində saat 19:00 radələrində Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqdan 4 yaşlı uşağı (kişi cinsli) elektrik cərəyanının vurması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Tibb müəssisəsində azyaşlıya zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabilləşən azyaşlı ambulator müalicə almaq üçün evə buraxılıb.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir