İdman

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

resmixeber.az xəbər verir ki, bu gün daha 29 dəst medal sahibini tapacaq.

Bununla da artıq başa çatan proqramların ümumi sayı 144-ə çatacaq. İlk yeddi gündə 115 mükafat dəsti uğrunda yarış yekunlaşıb.

Azərbaycan millisi 3 yarışda təmsil olunacaq. Olimpiadanın səkkizinci günündə avarçəkənimiz Diana Dımçenko çıxışını başa vuracaq. Üzgüçü Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsində, uğur qazana bilsə, yarımfinalda da iştirak edəcək. Basketbolun 3×3 növündə yarışan qadınlardan ibarət millimiz əsas mərhələdə son matçını keçirəcək və uğur qazansa, pley-ində mübarizə aparacaq.

3 avqust

11:30. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m

C finalı

Diana Dımçenko

13:00. Üzgüçülük, qadınlar, 50 m, sərbəst

Təsnifat mərhələsi

Məryəm Şeyxəlizadəxangah

19:30. Basketbol 3×3, qadınlar

VII tur

Kanada – Azərbaycan

22:39. Üzgüçülük, qadınlar, 50 m, sərbəst

Yarımfinal

23:30. Basketbol 3×3, qadınlar

Pley-in

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir